Ru
16:17 / 20 Noyabr 2018

Bağçalarda uşaqlara verilən qidalarla bağlı dəyişiklik - Sanitar-epidemioloji rəy tələb olunmayacaq

2575
Bağçalarda qidalanmanın təşkilinə dair tələblərə dəyişib. 


BakuPost-un məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə dəyişiklik edib. 


Qüvvədə olan normativlərə əsasən, indiyə qədər məktəbəqədər təhsil müəssisələrinə qəbul edilən qida məhsulları sanitariya qaydalarına uyğunluq haqqında sanitar-epidemioloji rəyə malik olmalı idi. Qida məhsullarının keyfiyyətinə nəzarəti anbardar və xüsusi kitabda qeydiyyat aparan tibb işçisi həyata keçirir, müşayiətedici sənədləri - qaimə, gigiyenik sertifikat olmayan, saxlanma müddəti başa çatmış və xarab olma əlamətləri olan qida məhsullarının məktəbəqədər təhsil müəssisəsinə qəbuluna yol verilmirdi.


Bundan sonra isə məktəbəqədər təhsil müəssisələrinə qəbul edilən qida məhsulları sanitariya qaydalarına uyğunluq haqqında sanitar-epidemioloji rəy tələb edilməyəcək. Sadəcə müşayiətedici sənədlərin siyahısında dəyişiklik edilib və gigiyenik sertifikat əvəzinə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarışın surəti, qida təhlükəsizliyi sertifikatı tələb ediləcək. Başqa sözlə, qaimə, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarışın surəti, qida təhlükəsizliyi sertifikatı olmayan, saxlanma müddəti başa çatmış və xarab olma əlamətləri olan qida məhsullarının məktəbəqədər təhsil müəssisəsinə qəbuluna yol verilməyəcək. 

Qida məhsullarının keyfiyyətinə nəzarəti isə yenə əvvəllər olduğu kimi anbardar və xüsusi kitabda qeydiyyat aparan tibb işçisi həyata keçirəcək.


Çingiz

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər