Ru
19:55 / 19 Oktyabr 2017

Bacısıgilə qonaq gələn qadın özünü asdı - Son anda xilas edildi

1378
Şəkidə 45 yaşlı qadın intihara cəhd edib.

 

BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, bu gün saat 17 radələrində Şəmkir rayonu Dəllər Cəyir kənd sakini, 1972-ci il təvəllüdlü Mehriban Aydınpaşa qızı Məsimova Şəki rayonunun Çeşməli kəndində qonaq gəldiyi bacısı evində baş örpəyi ilə özünü asaraq intihar etmək istəyib. 45 yaşlı Mehriban Məsimova son anda yaxınları tərəfindən xilas edilib. Qadın təcilli yardım maşını ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

M. Məsimova reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər