“Bakı küçələrində elə adamlar dilənir ki, villaları belə var” - Sabiq polis rəisi

555
Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev Bakı küçələrindəki dilənçilərlə bağlı maraqlı açıqlama verib.

BakuPost.az xəbər verir ki, o, modern.az-a açıqlamasında küçələrdəki dilənçilərin bəzilərinin villasının belə olduğunu deyib: "İşsizlik artmaqdadır, bunu heç kim inkar edə bilməz. Amma bir neçə yerdə evi, hətta villası olan dilənçilər də mövcuddur. Elə insanlar var ki, dilənçilik onlar üçün vərdişə çevirilib. Onlara ev də, maşın da, lap pul da versən, yenə də dilənəcək. Amma bir çörək üçün əl açıb dilənənlər günümüzün reallığıdır. Onları bu yoldan çəkindirmək isə dövlətin əlindədir. Əvvəllər belə fikirlər vardı ki, dilənənlər qaraçıdır. Amma indi dilənənlərin əksəriyyəti azərbaycanlı qadınlardır. Axşam saatlarında metro çıxışlarında, yol ayrıclarında, işıqforların yanında durub, xarici maşın görəndə atılırlar üstünə. Bir qəpikdən ötrü min dil tökürlər. Bunların hamısı sosial-iqtisadi durumla əlaqədar olan problemlərdir. Amma bu, Azərbaycanda kütləvi xarakter daşımır”. 

Kriminalist deyib ki, hansısa məsuliyyətə cəlb etməklə məsələni kökündən həll etmək olmaz:

"Həbs etməklə, qadağalar qoymaqla onların qarşısını almaq olmaz. Kimisə tutub 15 sutka iş kəsməklə nə ictimai-inzibati xətaların, nə də cinayət tərkibli əməlin qarşısını almaq olar. Artıq bu cür metodlar effektli deyil. Müasir dövrümüzdə bütün problemlərin həlli hüquqi dövlətlərdə olduğu kimi təkliflərdən, profilaktik tədbirlərdən keçir. Artıq biz anlamalıyıq ki, cəza problemin qarşısını almaq metodu deyil, yalnız müvəqqəti üsuldur. Məsələni kökündən həll etmək üçün isə sivil metodlardan istifadə etmək lazımdır”.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər