Bakı metrosunda daha bir intihar - Qatar kişini vurub platformaya atdı/ YENİLƏNİB

423
"Bakı Metropoliteni”nində daha bir intihar hadisəsi qeydə alınıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "BakuPost"a bildirib ki, hadisə bu gün 09:18-də baş verib:

""Həzi Aslanov”  stansiyasından "Dərnəgülə” hərəkət edən qatar "Qara Qarayev” stansiyasına daxil olanda təxminən 60 yaşında kişi özünü qatarın altına atmağa cəhd edib. Amma qatarın altına ata bilməyib. Buna baxmayaraq, qatar onu vurub platformaya atıb. Vəziyyəti ağır idi. Təcili yardım çağırıldı, xəstəxanaya aparıldı”.

Qurum rəsmisi intihara cəhd edən şəxsin kimliyinin müəyyən edilmədiyini qeyd edib.
 
10:10 
***

Reanimasiyaya yerləşdirilən 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlu vəfat edib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər