Ru
19:11 / 19 Yanvar 2018

Bakı metrosunda həyəcan - Sərnişinlər təxliyə edildi/ YENİLƏNİB

1164
Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb.


"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin "BakuPost"a verdiyi məlumata görə, sərnişinlər "28 May" stansiyasında boşaldılıb, qatar isə saat 18.45-də depoya göndərilib: Təəssüf ki, qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyiylə onu xətdən çıxartmağa çalışırıq". 

 

***
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayevin "BakuPost"a verdiyi məlumata görə, artıq tuneldə qalan qatar çıxarılıb və depoya göndərilib. Hadisə nəticəsində qatarların hərəkətində təxminən 15 dəqiqə interval yaranıb. 


Metroda qatarların hərəkəti bərpa edilib.

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər