Bakı metrosunda qəribə hadisə - İki qatar üz-üzə gəldi/ VİDEO

1395
Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

BakuPost xəbər verir ki, metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.

"Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks tərəfə istiqamət edən qatar çıxıb. Xoşbəxtlikdən toqquşma baş verməyib. 
 
"Bakı Metropoliteni”nin mətbuat xidməti Bəxtiyar Məmmədov bildirib ki, hadisə ötən gün saat 13:15-də radələrində baş verib:

"Qatarların birində tunelə daxil olan zaman texniki nasazlıq yaranıb. Sərnişinlər stansiyada düşürülüb. Digər qatara icazə verilib ki, stansiyaya daxil olaraq maşinistə kömək etsin. Nasazlıq aradan qaldırılıb. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaranıb”. 

Qurum rəsmisi qeyd edib ki, nasazlıq yaranan qatar texniki qaydalara uyğun olaraq depoya göndərilib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər