Bakı metrosundan istifadə edən turistlərin sayı artdı

638
Ötən illə müqayisədə bu il Bakı metrosundan istifadə edən əcnəbi turistlərin sayında artım var. Sərnişinlərin hər onundan üçü xaricilərdir.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, turistlər ən çox şəhərin mərkəzi hissələrinə üz tutduqları üçün onlar əsasən "İçərişəhər", "Sahil" və "28 May" metro stansiyalarından istifadə edirlər.

B.Məmmədov deyib: "Bizim öz araşdırmalarımıza görə, xarici turistlərin əksəriyyəti "İçərişəhər" metro stansiyasından istifadə edirlər. İslam Oyunları ərəfəsində daha çox müsəlman ölkələrindən olan turistləri görürdüksə, bu gün MDB ölkələrindən olanlar üstünlük təşkil edir. "Sahil" və "28 May" stansiyalarından da istifadə edən xeyli turist var”. (trend)
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər