Bakıda 17 mərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi/ FOTO/ YENİLƏNİB

Paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binada baş verən yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
 
  ***
22:33
 
Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, yanğın paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 13-cü mərtəbəsindən başlayıb.

Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb olunub.

15 nəfər bina sakini təxliyə edilib.

Artıq alovun yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, binanın yuxarı mərtəbəsində bir neçə nəfər qalıb. Tüstüdən zəhərlənmə təhlükəsi ilə üzləşən həmin bina sakinləri hələ xilas edilməyib.
 
***
21:54
 
Bakıda çoxmərtəbəli bina yanır.
 
BakuPost.az-ın Trend-ə istinadən məlumatına görə, yanğın 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 17-ci mərtəbəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yanğın 14-cü mərtəbəyədək yayılıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çalışır.
 

Bakıda güclü yanğın: Sakinlər binada qalıb - FOTOLAR

 


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər