Bakıda avtobus aşdı - 9 yaralı/ YENİLƏNİB

628

Bu dəqiqələrdə 119 saylı marşrut xətti üzrə işləyən avtobus Xocasən yolunda aşıb. Hadisə nəticəsində 8 sərnişin yaralanıb.


Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, hadisə yerinə 3 təcili yardım gedib. 2 yaralı Respublika Klinik Xəstəxanasına, 6 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan birinin- 63 yaşlı sərnişinin vəziyyəti daha ağırdır.

Yaralıların sayının artacağı istisna edilmir.


Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hazırda hadisə yerindədirlər. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki,  qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır: "Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TG174 DQN-lı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb. İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".

 

***

Bakıda 119 saylı marşrut xətti üzrə işləyən avtobusun aşması nəticəsində yaralananların sayı 9-a çatıb. 

Məlumata görə, yaralılardan 63 yaşlı Mehriban Hüseynovanın vəziyyəti ağırdır.

 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər