Bakıda betonqarışdıran maşın "VAZ"ın üstünə aşdı - FOTO

Bakıda metronun "Koroğlu” stansiyasının yaxınlığında betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən aşıb.
 
BakuPost.az xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb.
 
"Bakı Metropoliteni” QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, "Man” markalı avtomobil İlman Abbasovun idarə etdiyi "VAZ 2107” markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.
 
Betonqarışdıran maşının sürücüsü İlqar Bayramovun yüngül xəsarət aldığı bildirilir. 
 

BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər