Ru
18:46 / 19 Yanvar 2018

Bakıda bu yollar bağlı olacaq

1366
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saatlarında yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri aparılacaq.


Agentlikdən BakuPost.az-a verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Mehdi Hüseyn küçəsində, həmçinin Yasamal rayonu, Parlament prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.


"Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq”, - deyə məlumatda qeyd olunub. 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər