Daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürüb.
BakuPost xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.
O bildirib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb:
"Piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 90 DX 135 "Hunday” markalı avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Təəssüf ki, qadın hadisə yerində dünyasını dəyişib”.
V.Əsədov bildirib ki, sürücü Şirinov Murğuz Yavər oğludur. Faktla bağlı araşdırma başlayıb.
* * *
Səhər saatlarında Bakının "Neftçilər” Metrostansiyası yaxınlığında süpürgəçi qadını maşın vurub.
BakuPost oxu.az-a istinadən xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, servis maşınının törətdiyi qəza nəticəsində təxminən 50 yaşlarında olan qadın dünyasını dəyişib.