Bakıda daha bir yanğın - General və icra başçısı hadisə yerində/ VİDEO/ YENİLƏNİB

3610
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikinti materialları bazarında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

BakuPost Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1100 m² olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 m² sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb.

Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


***
10:33

Bakıda tikinti materiallarının satışı mağazası yanır.

BakuPost-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.
 
Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.   

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər