Bakıda dəhşətli qəza - Avtobus aşdı, yaralananlar var/ VİDEO

824

Bakıda sərnişin avtobusu aşıb.

 

APA-nın xəbərinə görə, hadisə Zığ şosesində baş verib.  175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

 

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

 

Faktla bağlı araşdırma aparılır. 

 

***

 

Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı açıqlanıb.

İlkin məlumatlarda hadisə nəticəsində 14 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisi azyaşlıdır.

 

Xəsarət alanlar 3 saylı şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib kİ, hazırda onlara müvafiq tibbi yardım göstərilir.

 

***

 

Zığ şosesində avtobusun aşması nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.

 

Bunu APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

 

L. Bayramova onların 3 saylı şəhər Xəstəxanasına yerləşdirildiyini və müvafiq tibbi yardım göstərildiyini bildirib. 

 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər