Ru
15:20 / 19 Yanvar 2018

- ““Azəriqaz”ın işçiləri toyuq fala baxan kimi baxıb gedirlər” Bakıda ənənəvi qaz problemi

2149
Xəzər rayonu Zuğulba qəsəbəsi, Qaçaq Nəbi küçəsinin sakinləri qış girəndən qaz deyib dad edir. 


Bu barədə "BakuPost”a qəsəbə sakinləri məlumat verib.  Onlar bildirib ki, hər 2 gündən bir kəsilən qaz uzun şikayətlərdən sonra bərpa olunur, amma çox zəif olur. Əhali isə bu qazla nə nə xörək bişirə bilir, nə çay qaynada.


Şikayət edənlərdən biri Gəray Rəhimov bildirir ki, istilik olmaması səbəbindən uşaqları tez-tez xəstələnir: "Ərazidə 200-ə yaxın ailə bu vəziyyətdədir. Qış girəndən qaz problemi var. İndi də "Azəriqaz”ın yerli idarə işçiləri gəlib gəzir, toyuq fala baxan kimi baxıb, lal-dinməz gedirlər. Bir səbəb deyən yoxdur. O biri küçədə qaz var, amma bizimkində yoxdur. Ümimilikdə qaz yoxdursa, o biri küçəyə necə verilir? Qaz sayğacları, xətləri hər  şey normaldır”.


Əhali məsələ ilə bağlı "Azəriqaz” müraciət etdiklərini, lakin bir tutarlı cavab ala bilmədiklərini deyir. Onlar son ümid yeri kimi ölkə başçısı İlham Əliyevə də müraciət ünvanlayıb.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər