Ru
09:27 / 14 Dekabr 2017

Bakıda gənc qız intihar etdi

1044
Bakıda gənc qız özünü asaraq öldürüb.


"Report"un xəbərinə görə, intihar hadisəsi Sabunçu rayonunda qeydə alınıb.


Belə ki, Bakıxanov qəsəbəsində kirayə mənzildə yaşayan 25 yaşlı Mariya Radik özünü iplə asaraq intihar edib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları cəlb edilib. 


Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər