Ru
16:58 / 17 Yanvar 2019

Bakıda güclü küləkdə fəhlələrin həyatını belə təhlükəyə atdılar - VİDEO

2435
 


Bu gün Bakıda şiddətli küləkli hava olmasına baxmayaraq, hələ də tikinti və təmir gedən ərazilərdə, açıq havada fəhlələri işlədən şirkətlər var.


"Xətai” metrosunun təmiri bu təhlükəli havada da davam etdirilir. 


Videodan da göründüyü kimi həqiqətən də, fəhlələr təmir işlərini açıq havada və dəmir konstruksiyanın üstündə işləyirlər. Beləliklə də, tikintini aparan qurum işçilərin həyatını təhlükəyə atır.


Halbuki, ötən gün bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti şirkətlərə ciddi xəbərdarlıq etmişdi.


Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov açıqlamasında bildirmişdi ki, şirkətlər bu məsələyə çox ciddi yanaşmalıdırlar.


"İşçilərin sağlamlığı qorunmalıdır. Bu faktla bağlı Dövlət Əmək Müfəttişliyinə məlumat daxil olan kimi faktla bağlı ciddi tədbir görüləcək”, - deyə Fazil Talıbov bildirib.


Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinn rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirdi ki, fəhlələr əlavə tədbirlər məqsədilə bərkitmə işləri aparıblar.


"Dünən bərkitmə işləri aparıblar. Bu gün də əlavə olaraq bərkitmə işləri aparıblar ki, dağıntı olub, ətrafa ziyan verməsin. Qısa müddətdə əlavə bərkitmə işləri görüblər. Metal konstruksiyanı bərkidiblər ki, aşma baş verməsin”, - deyə Bəxtiyar Məmmədov bildirib. (Baku.ws)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər