Ru
13:59 / 23 Yanvar 2019

Bakıda itkin düşən yeniyetmə tapıldı

2730
 


Bakıda itkin düşən yeniyetmə qız tapılıb.


BakuPost Trend-ə istinadən xəbər verir ki, bir neçə həftə əvvəl itkin düşən 15 yaşlı Abşeron sakini Bakıda sakinlərin köməyi ilə tapılıb. Bu barədə itkin düşən Kifayət Vəlicanovanın atası Rauf Vəlicanov bildirib.


"Qızım iki həftəyə yaxın idi ki, küçələrdə qalırdı, onu metronun "Koroğlu" stansiyasının yaxınlığında tapdıq. Bir sakin bizimlə əlaqə saxlayaraq saytlarda axtarışa verilən qızı gördüyünü söylədi, biz də dərhal həmin yerə gedib Kifayəti tapdıq".


Qeyd edək ki, 2004-cü il təvəllüdlü Kifayət Vəlicanova yaddaş pozğunluğundan əziyyət çəkirdi. Onun itməsi barədə polisə də məlumat verilmişdi.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər