Ru
21:14 / 17 Fevral 2019

Bakıda keçiriləcək final qarşılaşmasına 100 gün qalıb

2013
UEFA Avropa Liqasının
2018-2019-cu il mövsümünün Bakıda keçiriləcək final qarşılaşmasına 100 gün
qalıb. UEFA Avropa Liqasının həlledici oyununa vəsiqə qazanan iki komanda yüz
gün sonra Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək.

 

BakuPost-un məlumatına
görə, final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti 100 gün ərzində
bir sıra tədbirlərin təşkili planlaşdırılır. UEFA Avropa Liqasının final
matçının Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramında
müsahibə mərhələsinə start verilib. BOS-un məlumat mərkəzində keçirilən müsahibə
mərhələsi martın 9-dək davam edəcək. Bu mərhələdə namizədin dil bilikləri
yoxlanılacaq, eləcə də könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsi, final
oyununda işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi
bacarıqları əsas götürüləcək. Üç minə yaxın könüllünün dəvət olunduğu müsahibə
mərhələsində yalnız 1364 namizəd proqrama qoşulmaq şansı əldə edəcək.

 

Final oyununa xüsusi
olaraq hazırlanmış "Futbola səyahət” adlı oyun layihəsinə də artıq start
verilib. UEFA Avropa Liqasının tarixini yaxşı bilənlər qaliblər sırasında yer
alacaq. Oyunda 1971-1972-ci il mövsümündən başlayaraq bugünədək Avropa Liqası,
eləcə də Azərbaycan futbolunun tarixində baş vermiş mühüm hadisələrlə bağlı
maraqlı suallar təqdim olunacaq. İştirakçılar www.quiz.finalbaku2019.az keçidinə
daxil olaraq oyunda iştirak edə, sualları hər kəsdən tez və dəqiq cavablayaraq
siyahıda birinci ola və dəyərli hədiyyələr qazana bilərlər.   Avropa Liqası təkcə
futbol zövqü yaşatmır, həm də qazandırır. www.finalbaku2019.com saytında artıq
beş aydır futbolsevərlərin ixtiyarına verilmiş xüsusi layihəyə əsasən, təxminlərinə
güvənənlər Avropa Liqasının 2018-2019-cu il mövsümü ərzində keçiriləcək
oyunların hesablarını qeyd edirlər. Ümumi xal hesabında ilk yeri tutan hər ayın
qalibinə Azərbaycan milli komandasının futbol geyimi, Avropa Liqasında iştirak
etmiş klubların imzalı oyun köynəkləri, xüsusi suvenirlər və ya Avropa
Liqasının rəsmi topu hədiyyə edilir. Bu günədək yarışda üç mindən çox iştirakçı
qeydiyyatdan keçib.   UEFA Avropa Liqasının
final oyununa ümumi oturacaqlar üçün biletlər martdan satışa çıxarılacaq.   Final oyununu izləməyə
gələn azarkeşlər üçün də maraqlı proqramlar nəzərdə tutulub. Bakı bulvarında
qurulacaq və minlərlə azarkeşin ürəyincə olacaq fan-zona mayın 25-29-da fəaliyyət
göstərəcək.   Xatırladaq ki,
2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə
futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda
keçirilməsi haqqında qərar qəbul edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər