Bakıda NATO təlimləri - FOTOLAR

1172
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun helikopter cütlüyünün birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.

Bu barədə BakuPost-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Təlim zamanı cütlüyün təchizatı, avadanlığı, rabitə vasitələri və digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində, eləcə də müxtəlif əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilib.

Cütlüyün qiymətləndirilməsi NATO-nun monitorinq qrupu və Türkiyə Respublikasının HHQ-nin mütəxəssisləri tərəfindən izlənilib.
  
 
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər