Ru
16:33 / 24 Noyabr 2017

- Yağış yağır, quyular daşır, aidiyyəti qurumlar isə.../ FOTOLAR Bakıda nəcisli suda üzən küçə

2183
Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsinin sakinləri illərdir, kanalizasiya yoxluğundan əziyyət çəkir.


Bu barədə BakuPost.az-a sözügedən küçədə yaşayanlar məlumat veriblər. Bildiriblər ki, bu ərazidə kanalizasiya xətləri və quyuları olmadığından, hər kəs şəxsi təşəbbüsü ilə özü üçün quyu qazıdırır. Həmin quyu dolduqda isə onu çəkmək üçün maşınlara 70 manat ödənilir.


Dolmuş quyular çox olduğundan, ərazidə antisanitariya vəziyyəti hökm sürür. Yağış yağanda isə vəziyyət bir az da qəlizləşir. Belə ki, quyular daşır və bütün küçə nəcisli su ilə dolur. Yollar palçıqdan keçilməz vəziyyətə düşür. 


Vətəndaşların sözlərinə görə, illərdir ki, problemlə bağlı aidiyyəti qurumlara – Suraxanı rayon İcra Hakimiyyətinə və "Azərsu”ya müraciət ediblər. Lakin heç bir nəticə əldə edilməyib. 


Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov məsələ ilə bağlı BakuPost.az-a açıqlamasında bildirib ki, həmin ərazilərdə işlər görülür: "Həmin o küçələrin kanalizasiya xətti ilə təmin olunması ilə bağlı dövlət proqramı var və dövlət proqramı hissə-hissə həyata keçirilir. Bu işlə "Azərsu” məşğul olur”.


"Azərsu” ACS-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı da saytımıza açıqlamasında işlərin mərhələli şəkildə həyata keçirildiyini deyib: "Bu gün Bakıətrafı kəndlərin dövlət proqramına əsasən kanalizasiya xətti ilə təmin olunması işləri aparılır, demirəm bu il, ya gələn il baş tutacaq, artıq proqramən icrası başlayıb, mərhələli şəkildə həyata keçirilir”.


Rahim Mirzəcan

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər