Ru
20:50 / 05 Yanvar 2018

Bakıda parkdakı bütün ağaclar bir gecədə yoxa çıxdılar - FOTOLAR / VİDEO

3403
Bakının Binəqədi rayonu ərazisində, "Dərnəgül" metrosunun ətrafındakı parkda onlarla ağac bir gecədə yoxa çıxıb.


Sakinlər Publika.az-a bildiriblər ki, gecə saatlarında bir neçə nəfər parka gələrək bəzi ağacları çıxardıb, bəzilərini isə kəsiblər. Kimliklərini gizlədən şəxslər sakinlərə ərazidə restoran tikiləcəyini söyləyiblər.


Həmin ərazidə Bakı Nəqliyyat Agentliyi tərəfindən Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması istiqamətində işlər görülür. Lakin BNA-dan bildirdilər ki, onlar ərazidəki ağaclara toxunmayıblar.


Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz həmişəki kimi uğursuz alındı.


Binəqədi rayon Bələdiyyəsi ilə də əlaqə saxladıq. Məlum oldu ki, məsələdən onların da xəbərləri yoxdur.


 

 


BakuPost
Bakıda parkdakı bütün ağaclar bir gecədə yoxa çıxdılar -  FOTOLAR / VİDEO
Bakıda parkdakı bütün ağaclar bir gecədə yoxa çıxdılar -  FOTOLAR / VİDEO
Bakıda parkdakı bütün ağaclar bir gecədə yoxa çıxdılar -  FOTOLAR / VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər