Bakıda şagird özünü məktəbin pəncərəsindən atmaq istədi - “Dindar valideynlərin təsiri altındadır”

1227
Bakıda yerləşən 302 nömrəli məktəbdə şagird intihara cəhd edib.

Məktəbdən BakuPost-a verilən xəbərə görə, oktyabrın 10-da saat 08:48 radələrində, tənəffüs zamanı III sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.

Qeyd olunur ki, şagirdin məktəbə davamiyyəti zəif olub:

"Ötən tədris ilindən dərsə dəvamiyyəti yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır. Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları məktəb rəhbərliyinə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib”. 

Qeyd olunub ki, məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. 

"Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər”.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər