Bakıda sərnişin dolu avtobus dəhşətli qəzaya düşdü - Ölən və xəsarət alanlar var / FOTOLAR+VİDEO / YENİLƏNİB 4

2869
Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

BakuPost xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib.

Qurum rəsmisi bildirib ki, hadisə nəticəsində xəsarətlərlə bağlı 19 nəfər müraciət edib: "Təcili tibbi yardım briqadaları və tibb müəssisələri tərəfindən göstərilən yardımdan sonra 13 nəfər evə buraxılıb. Hazırda 6 nəfər xəstəxanalarda müalicəsini davam etdirir. Hadisəni törədən yük avtomobilinin sürücüsü də xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb".
 
 * * * 

Bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda baş verən ağır avtobus qəzası nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

BakuPost xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər 1 saylı Respublika Klinik Xəstəxanasına, 2 nəfər isə Ələt qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib.

Hadisə yerində 3 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

P.Əbubəkirov bildirib ki, təcili yardım briqadası hadisə yerinə gələnə qədər sərnişinlərdən olan 1 nəfər qadın dünyasını dəyişib.
 
 * * *

Qaradağ rayonunda baş vermiş ağır yol qəzası nəticəsində 13 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov APA-ya bildirib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər isə Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib. 

 * * *
Qaradağ rayonunda ağır yol qəzası baş verib.

BakuPost APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus aşıb.

Ölən və xəsarət alanların olduğu bildirilir.

Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerində arşadırma aparır.

Hadisə barədə bir qədər sonra məlumat veriləcək.
 
Fotolar: Elxan Qəniyev







ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər