Ru
10:15 / 08 Yanvar 2019

Bakıda parkinqlərdə qiymətlər 2 dəfə artırılıb? - AÇIQLAMA/ YENİLƏNİB

32866


Bakı şəhərində parkinqlərdə qiymətlərin artırılmasına dair məlumat yayılıb.


BakuPost xəbər verir ki, sürücülər sosial şəbəkələrdə Qış Parkının və Azadlıq Meydanının altında yerləşən parkinqlərdə qiymətlərin 2 dəfə artırıldığını yazıblar. Bildiriblər ki, Qış Parkında yerləşən parkinqdə 9:00-21:00 radələrində maşın saxmalaq üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır. 


Bu barədə sürücülər parkinqlərə nəzarət edən qurum olan Bakı Nəqliyyat Agentliyinin feysbuk səhifəsinə də yazıblar. BNA-dan Qış Parkının altındakı parkinqlə bağlı məsələnin doğru olduğu, ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib. Ətraflı məlumat üçün əlaqə nömrəsi də qoyulub.

 



BakuPost-un əməkdaşı məsələni dəqiqləşdirmək üçün həmin telefon nömrəsi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, qiymətlərdə hər hansı dəyişiklik edilməyib. Lakin o da əlavə edilib ki, parkinqlərdəki qiymətlərdə yaxın müddətdə dəyişiklik ediləcək: "Sözügedən parkinqlərdə tariflər nədirsə, odur. Lakin Agentlik tariflərdə dəyişiklik edilməsi üçün Tarif Şurasına müraciət edəcək”.


BakuPost-un əməkdaşı parkinqlərlə də əlaqə saxlayıb. Qış Parkının altındakı parkinqdən bildirilib ki, hazırda bir avtomobil üçün tarif 1 saatlıq 1 manat, 3 saatlıq 2 manatdır. 


Azadlıq Meydanının altında yerləşən parkinqdə isə qiymətlər 40 manat yox, 60 manatdır.


Qeyd edək ki, adıçəkilən parkinqlər və bir neçəsi Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilib. 


Aygün Musayeva

BakuPost
Bakıda parkinqlərdə qiymətlər 2 dəfə artırılıb? -  AÇIQLAMA/ YENİLƏNİB
Bakıda parkinqlərdə qiymətlər 2 dəfə artırılıb? -  AÇIQLAMA/ YENİLƏNİB
Şərhlər
  • Əvəz

    Salam.Sizdən bir məlumat almaq istəyirəm. Mən Qış Parkının yanında yaşayıram, ( özüm Ağdam şəhər sakiniyəm )hal -hazırda müvəqqəti yaşadığım ünvan Səməd Vurğun 34.Mən bilmək istəyirəm ki,sizə hansı sənədləri təqdim etməliyəm ki. sizdən parkinq üçün aylıq 30 manata qonşu kimi maşın saxlaya bilim.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar