Ru
21:25 / 10 Dekabr 2017

Bakıda ticarət mərkəzində oğlan faciəvi şəkildə öldü

1239
Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb.

 

BakuPost.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfər köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

 

Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər