Bakıda vəkili ürəyindən bıçaqladılar

947
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

BakuPost Report-a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Quliyev Camal Aydın oğlu Memar Əcəmi stansiyası yaxınlığındakı Cavadxan küçəsində mübahisə zamanı bıçaqlanıb.

Onun döş qəfəsinin sol yarısından ürəyinə yaxın hissəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları istintaq araşdırmaları aparır.

C.Quliyev vəkil kimi fəaliyyət göstərir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər