Bakıda xanım sürücü qırmızı işıqdan keçib, qəza törətdi - FOTOLAR

1472
Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən avtomobil qəzaya uğrayıb.

BakuPost "Report"a istinadən xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkətdə olan "BMW" markalı avtomobili idarə edən xanım sürücü işıqforun qırmızı ışığından keçərkən Azadlıq prospekti ilə hərəkətdə olan "Mercedes" ona çırpılıb. Nəticədə "BMW"-nin sürücüsü bədən xəsarətləri alıb.

Qəzadan sonra hər iki tərəf arasında mübahisə düşüb. 

Əraziyə Post Patrul və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
 







ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər