Ru
18:46 / 17 Noyabr 2017

Bakıda yeni teleqüllə nə vaxt istifadəyə veriləcək?

4400
Bakıda alternativ televiziya qülləsinin 2018-ci ildə istifadəyə verilməsi gözlənilir.


BakuPost.az xəbər verir ki, bu barədə Trend-ə "Teleradio” İstehsalat Birliyindən məlumat verilib.


Məlumatda qeyd olunur ki, alternativ televiziya qülləsinin istifadəyə verilməsi üzrə işlər demək olar ki, başa çatıb: "Hazırda biz lazımi avadanlığın tədarük olunmasını gözləyirik. Bu, yaxın zamanlarda baş verəcək. Alternativ televiziya qülləsi zərurət yaranacağı təqdirdə, məsələn efir məkanında profilaktika keçirilərkən işə salınacaq”.


Əvvəlcə alternativ televiziya qülləsi vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai radio yayımlanacaq.


Qeyd edək ki, alternativ televiziya qülləsi Nərimanov rayonunda yerləşir və Bakı Teleqüllə Kompleksi ilə əlaqələndiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər