Ru
19:30 / 13 Oktyabr 2017

Bakıda zibillikdən qumbara və xeyli sayda patron tapıldı - FOTO

929
Qaraçuxurda zibillikdən 266 partlamamış hərbi sursat tapılıb.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində mərminin olması barədə məlumat daxil olub.


Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.


Agentliyin mütəxəssisləri tərəfindən həmin qəsəbədə zibillik sahəsinə baxış keçirilib, əməliyyat axtarış tədbirləri nəticəsində 266 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 265 ədəd 7.62 mm-lik patron) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

BakuPost
Bakıda zibillikdən qumbara və xeyli sayda patron tapıldı -  FOTO
Bakıda zibillikdən qumbara və xeyli sayda patron tapıldı -  FOTO
Bakıda zibillikdən qumbara və xeyli sayda patron tapıldı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər