Bakıdakı məşhur klinikada uşaq öldü - Meyiti vermək üçün ailəsindən 10 min istəyirlər?

876
"Baku Medikal Plaza”da beş aylıq körpə ölüb.

BakuPost xəbər verir ki, bu barədə körpənin nənəsi Mustafayeva Sona İsmayıl qızı məlumat verib. O, sosial şəbəkədə yayılan videosunda bildirib ki, qızdırma səbəbi ilə uşağı sözügedən klinikaya aparıblar. 

Ailə əvvəlcə 500 manat depozit, ardınca daha 2000 manat ödəyiblər. Daha sonra xəstəxanadan valideynlərə bildirilib ki, uşaq komaya düşüb və dünyasını dəyişib.

Ailə iddia edir ki, xəstəxanadan uşağın meyitini vermək üçün 10 min manat tələb edilir.

"Baku Medical Plaza”nın baş həkiminin müavini Lalə Şəkərova Unikal.org-a açıqlamasında yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

"Yayılan xəbərdən təəssüflənirik. Dünyasını dəyişən uşaq klinikamıza ayın 25-i qəbul olunub. Klinikaya daxil olarkən körpənin vəziyyəti çox ağır idi. Biz uşağın valideynlərinə izah etdik ki, körpə reanimasiyaya yerləşdirilməlidir. Valideynləri bizdən xahiş etdi ki, uşağı klinikaya götürək. Günorta uşağın valideynləri xəstəxanaya depozit qoymuşdular. Onlar gedəndə klinikamıza 2000 manat borclu idilər. Qeyd edim ki, klinika həmin borcu da yaranan vəziyyətə görə güzəştə gedərək silib. Onlardan heç kəs pul tələb etməyib. Hətta biz uşağı morqa yollamaq istəyirdik. Amma valideynləri bununla razılaşmadılar".

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər