Ru
20:50 / 20 Noyabr 2018

Bakının mənzil bazarında qiymətlər necədir?

1724
2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib. BakuPost xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.


N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 2.57 faiz olub.


Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında qiymətlərdə ay ərzində 3.15 faiz artım müşahidə olunub.


N.İbrahimov vurğulayıb ki, payız ayları adətən daşınmaz əmlak bazarı üçün mövsum ayları sayılır:


"Birinci səbəb budur. Digər səbəb isə neft birjalarında bu ilin əvvəlindən davamlı qiymət artımının olmasıdır. Adətən neft bazarında qiymət artımı daşınmaz əmlak bazarına da öz təsirini göstərir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər