Ru
14:22 / 15 Dekabr 2017

- Tikinti şirkəti evləri icazəsiz sökür Bakının mərkəzində etiraz aksiyası

8085
Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində, Qurban Abbasov küçəsi 42 ünvanında yaşayan sakinlər etiraz aksiyası keçirirlər.

 

BakuPost.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, buna səbəb "Dönüş MMC" şirkətinin həmin ərazidə yeni bina tikməyə başlamasıdır.


Ərazidə yaşayan 10 fərdi evin sakinləri bildirirlər ki, şirkət artıq ərazidə olan 4 fərdi yaşayış evini söküb və digər sakinlərin də evlərinə zərər vurub. Şirkət əməkdaşları vətəndaşların tələblərinə məhəl qoymadan və razılıq almadan həmin ərazidə tikinti işlərinə başlayıblar.

 

Səbail rayonu Bayıl qəsəbəsində, Qurban Abbasov küçəsi 42 ünvanı

 


Sakinlər bildirirlər ki, şirkət rəhbərliyi onlarla olduqca kobud davranır: "Nə bizimlə müqavilə bağlayıblar, nə hansısa vəd veriblər. Deyirlər, "gedin, harada yaşayırsız, yaşayın, nə zaman bina tikiləcək, o zaman indiki evinizin kvadratından 25 faiz böyük mənzil veriləcək". Bundan başqa bizə heç bir söz demirlər".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər