“Bakmil” bayram günlərində adi qaydada işləyəcək

483
Qurban bayramında (22-23 avqust) və qarşıdakı istirahət günlərində də (25-26 avqust) "Bakmil" stansiyası adi qaydada işləyəcək.

BakuPost xəbər verir ki, "Bakı Metropoliteni" sərnişinlərin nəzərinə çatdırır ki, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) Qurban bayramında, eləcə də şənbə və bazar günlərində tətbiq edilməyəcək.

Qeyd edilən tarixlərdə sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.

Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər