Ru
11:35 / 22 Noyabr 2017

Balidə 30 min nəfər evini tərk etdi - Vulkan aktivləşir

637
İndoneziyanın Bali adasında Aqunq vulkanının püskürməsi təhlükəsi ilə əlaqədar təqribən 30 min insan öz evini tərk edib.


Trend-in məlumatına görə, İndoneziyanın Vulkanik aktivliyin araşdırılması üzrə Mərkəzi yerli sakinləri və turistləri sakitliyə riayət etməyə çağırıb. Mərkəz hələ təhlükənin səviyyəsini qaldırmaq niyyətində deyil.


Vulkan ötən gün aktivləşməyə başlayıb, təxminən 700 metr hündürlüyə kül püskürür.


Xatırladaq ki, Aqunq sonuncu dəfə 1963-cü ildə püskürüb. Həmin vaxt mindən çox insan təbii fəlakətin qurbanı olmuşdu.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər