Ru
17:05 / 22 Noyabr 2017

“Banklara zəng edib yalvarırıq…” - Qənirə Paşayeva

1558
Millət vəkili Qənirə Paşayeva banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb.


BakuPost.az xəbər verir ki, deputat büdcə müzakirələri zamanı çıxış edərək onlara borcun qaytarılması üçün vaxt verilməsini xahiş edib: "Devalvasiya  vətəndaşlarımıza da ciddi ziyan vurdu. Dollarla kredit götürən bir çox sadə vətəndaşların kreditlərinin qaytarılmasında ciddi problemlər yaranıb. Vaxtında kreditlərini qaytara bilməyən vətəndaşların girov olaraq evlərini qoyduqları üçün banklar borcun qaytarılması üçün  məhkəmə yolu ilə evlərin satılması məsələsini irəli sürür. Artıq neçənci dəfədir ki, banklara zəng edib seçicilərimizlə bağlı az qala yalvarırq ki, nə olar vətəndaşa verilən vaxtı uzadın, yavaş-yavaş ödəsin, çünki evləri satılarsa, bütün bir ailə çöldə qalacaq. Belə halların artması cəmiyyətdə sosial gərginliyi də artıra bilər. Qazaxıstan devalvasiyadan sonra belə bir addım atdı, dövlət banklara, banklar da vətəndaşlara borcun ödənilməsi üçün zaman verdi. Hökumətimizdən xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşsın. Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu məsələ ilə bağlı danışdım. Bilmək istərdim ki, biz də Qazaxıstan kimi bu təcrübədən istifadə edə bilərikmi?  Bu məsələnin çoxlu sayda ailəni narahat etdiyini nəzərə alaraq hesab edirəm ki, bu istiqamətdə vətəndaşlarımıza bu problemlərin həllində dəstək olmalıyıq. Dollarla kredit götürən sadə vətəndaşlar onların qaytarılmasında ciddi problemlə üzləşiblər və hesab edirəm ki, hökumət onlara dəstək istiqamətində müvafiq addımlar atmalıdır və müvafiq qurumları buna çağırıram".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər