Baş epidemioloq xəstəxanalardakı infeksiyalardan danışdı

879
"Xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqdadır".

BakuPost-un Trend-ə istinadən məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Baş epidemioloqu, professor İbadulla Ağayev Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyasının "AZDAS-2018” konfransında çıxışı zamanı deyib. O əlavə edib ki, Azərbaycan xəstəxanadaxili infeksiyaları ləğv etməyə çalışır.

İ.Ağayev qeyd edib ki, Azərbaycanda xəstəxanadaxili infeksiyalara qarşı aparılan profilaktik və əksepidemik tədbirlərin bu sahə üzrə dünya praktikasında tətbiq edilən sanitar qayda və normativlərə, o cümlədən, müasir standartlara uyğun təkmilləşdirilməsi ölkə səhiyyəsi qarşısında duran mühüm vəzifələrdən biri hesab edilir: "Əsas odur ki, həmin infeksiyalar epidemioloji həddi aşmayıb. Bu gün ölkədə ən böyük xəstəxanalarda belə xəstəxanadaxili infeksiyalardan ölüm faktı qeydə alınmayıb. Əgər belə hadisə baş versə, Azərbaycan səhiyyəsi bununla mübarizə aparmaq iqtidarındadır. Xəstəxanalarda hər gün dezinfeksiya işləri aparılır".

Baş epidemioloqun sözlərinə görə, Azərbaycanda xəstəxanalarda olan tibbi avadanlıqlar dünyanın inkişaf etmiş ölkələri ilə eyni səviyyədədir.

İ.Ağayev qeyd edib ki, müxtəlif vasitələrdən istifadə edilməklə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirləri tarix boyu aparılıb. Sonradan isə dezinfeksiya tədbirləri daha da təkmilləşdirilib, o, bir elm sahəsi kimi öyrənilib.

AZDAS-ın (Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyası) idarə heyətinin üzvü, Mərkəzi Klinik Xəstəxananın İnfeksiyaya Nəzarət komitəsinin sədri Yaqut Qarayeva bildirib ki, Azərbaycan bir çox xəstəliklər üzrə azad zona elan edilib. Azərbaycanda yoluxucu xəstəliklərə dövlət tərəfindən daim nəzarət həyata keçirilir və bu baxımdan epidemioloji vəziyyəti sabitdir:"

Xəstəxanadaxili infeksiyalar çox xərc tələb edir. Buna görə də hər bir xəstəxananın xəstəxanadaxili infeksiyalara qarşı mübarizə proqramı olmalıdır".
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər