Bayramqabağı ölkəni manat sürprizi gözləyir? - İqtisadçıdan şad xəbər

53934
Seçkilər manat üçün xoş il vəd edir - Bayramqabağı "sürpriz” olmayacaq 

"FED-in uçot dərəcəsini artırması qərarı gözlənilməz olmadı və buna görə də bazar bu qərara sakit reaksiya verdi. Hətta FED-in qərarı açıqlanandan sonra avro dollara münasibətdə bahalaşmağa davam etdi”. 

Bu sözləri BakuPost.az-a açıqlamasında iqtisadçı Samir Əliyev Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-dək artırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bütün proqnozlar artımı qeyd edirdi və əsas artım proqnozu 0,25 faiz bəndi üzərində idi: "Az qisim 0,50 faiz bəndi artım gözləyirdi. Əgər artım az proqnoz edilən 0,50 faiz bəndi həddində olsaydı, bazara təsir daha çox olardı. Hazırda dollar indeksi bahalaşmasına rəğmən ABŞ valyutası avro, funt sterlinq və Koreya vonuna nisbətən ucuzlaşmaqda davam edir. Xammal bazarlarında neft və qızıl bahalaşmaqda davam edir. Bir sözlə, bazar bu artıma qabaqcadan hazır idi və ona artıq adaptasiya olunmuşdu”.

İqtisadçı sözügedən qərarın manata təsirlərindən da danışıb. Qeyd edib ki, 2015-ci ilin dekabr artımından fərqli olaraq bu artım manata ciddi təsir etməyəcək: "Hətta deyərdim ki, heç bir təsiri olmayacaq. Çünki manatın məzənnəsi bazarda tənzimlənmir. Mərkəzi Bank manatın üzməsi üçün dərin olmayan hovuz düzəldib və Neft Fondu, son vaxtlar bahalaşan neft imkan verir ki, kənar dənizlərdə, okeanlarda baş verən fırtınalar bu hovuza daxil ola bilməsin. İlin sonuna büdcə xərcləmələri artdığından manata təzyiq bir qədər artıb. Amma manat ili indiki məzənnə ilə başa vuracaq. Gələn il ilə bağlı isə indidən fikir demək çətindir. Bu gündən baxanda manatın gələn il də bu templə davam edəcəyini güman etmək olar. Xüsusilə də seçki ili manata əlavə dəstək verəcək. Ancaq nəticə çıxartmaq da tezdir. Ən azı ABŞ-da baş verənlər (vergi islahatı və uçot dərəcələrinin artmaqda davam etməsi) və neft hasilatının artması ehtimalı neftin qiymətində korreksiya edə bilər. Qısaca desək, neftin qiyməti nə qədər ki 60 dollardan yuxarıdır, manatın taleyini birjalar yox, hökumət müəyyənləşdirəcək”.
 
Nigar Etibar
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər