Ru
10:52 / 21 Yanvar 2019

Bəbək prospektində yol çökdü - VİDEO

3472
 


Paytaxtın Babək prospekti istiqamətində asfalt örtüyü çöküb.


BakuPost oxu.az-a istinadən xəbər verir ki, yolun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilib.


Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, sözügedən istiqamətdə yolun təxminən 2-3 kv. metr hissəsində asfalt örtüyü deformasiyaya uğrayıb.


"Hazırda əməkdaşlarımız ərazidədir, həmin deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır. İlkin ehtimallara görə, deformasiyaya həmin yolda yenidənqurma işləri aparılan zaman yolun altından çəkilən yeni kommunikasiya xətləri səbəb olub”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər