“Bədbəxtlər, səviyyəsizlər, istəyiniz qursağınızda qalacaq” - Mübariz Mənsimov

2383
"Haqqımızda yazılanları mən oxumaqdan yoruldum, siz bədbəxtlər yazdırmaqdan yorulmadınız... Gülüb, keçirəm. Çox özünüzü gücə salmayın”.

BakuPost xəbər verir ki, bu sözləri Mübariz Mənsimov şirkətinin müflis elan edilməsi il bağlı yayılan xəbərlərə reaksiya verərkən deyib. O, bu xəbərləri kimlərinsə yazdırdığını qeyd edərək, onları səviyyəsiz adlandırıb: "Türkiyədən kənarda bəzi dövlət məmurları və təəssüf ki, həmyerlimiz olan iş adamları əlbir olub mənə düşüncələrinə görə zərbə vurmaq istəyirlər. Onlara baxdıqca, yazığım gəlir... Bədbəxtlər, istəyiniz qursağınızda qalacaq.

Mənim sizinlə mübarizə aparmaq üçün hər zaman yetərli gücüm olub, olacaq. Mənim arxamda şirkətimin varlığı, heyətim və məni sevənlərin xeyir-duası var. Onların duaları mənə yetər!

Bizim haqqımızda nələr yazıb-pozmurlar ki. Mən oxumaqdan yoruldum, siz bədbəxtlər yazdırmaqdan yorulmadınız... Gülüb, keçirəm. Çox özünüzü gücə salmayın. Allah sizdən razı olsun ki, bu qədər məndən yazırsız və PR-ımı edirsiz. Ermənilərdən törəmə və ermənipərəst bəzi rus rüşvətxor məmurlarının mənimlə olan dərdini anlayıram. Bəs Azərbaycanda olan bəzilərinin mənimlə dərdi nədir? Səviyyəsizliyiniz sadəcə insanları güldürür. Amma sizə təşəkkür borcum da var. Mən Mübarizəm! Mübarizə aparmağı çox sevirəm!”

Xatırladaq ki, bu gün mətbuatda Rusiyanın Rostov Arbitraj məhkəməsinin azərbaycanlı iş adamı Mübariz Mənsimovun "Palmali” şirkətinin müflis elan edilməsi ilə bağlı qərarı dərc edilib.

Müflisləşmə qərarının yerinə yetirilməsi üçün 2019-cu il aprelin 15-nə qədər müddət qoyulub.

Aygün
BakuPost

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər