“Dirilərlə işləyə bilmirlər deyə, onlara ölülərlə iş həvalə olunub” - Fazil Mustafa

512
 
"Bizim bələdiyyələrlə bağlı ən məntiqli qanununmuz qəbristanların salınması və onun idarə olunması idi. Çünki bələdiyyələrin dirilərə faydalı xidmət göstərə bilməyəcəyini yaxşı bildiyimizdən, ölüləri onlara həvalə etdik”.

BakuPost "Ölkə.Az”a istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətini yenidən formalaşdırmaq üçün qanunvericilik bazası  təkmilləşdirilməlidir. "Bu gün bələdiyyələr bir sıra problemlərlə üz-üzədir. Bələdiyyələr bu günə kimi ərazi xəritələrini əldə edə bilmirlər. Bələdiyyələrin fəaliyyətinə problem yaradan digər problem onların inzibati məsuliyyətsizlik adı altında  mənasız yerə məhkəmlərə cəlb edilməsidir. Bələdiyyə sədrləri günlərlə məhkəmlə dəhlizlərini süründürürlər. Səbəb də o gətirlir ki, guya onlar qəraraları   təkbaşına veriblər. Bu gün təkcə bələdiyyədirmi təkbaşına qərar verən? Odur ki,  bələdiyyə sədrlərinin  məhkəmələrə inzibati məsuliyyətə cəlb olunması sayını azlatmaq lazımdır”, - deyə F. Mustafa bildirib.

Deputat Qənirə Paşayeva  bələdiyyələrdə kadr prolbeminin olmasından gileyləndi. 

"Ölkədə 1700-dən artıq bələdiyyənin fəaliyyət göstərməsinə baxmayaraq cəmi 50-dək bələdiyyə kommerisya qurumu yaradıb və onun da əksəriyyəti normal fəaliyyət göstərmir. Büdcəyə vergi vermir. Çünki bələdiyyə sədrləri buna öz qazanc mənbəyi kimi baxırlar. Odur ki, bələdiyyələrə münasibəti dəyişmək üçün bu qurumda işləmək istəyən təşəbbüskar gənclər cəlb olunmalıdır”, - deyə Q. Paşayeva bildirib.

Deputat Çingiz Qənizadə isə bələdiyyələrə nəzarət edən qurumun fəaliyyətini təqdir edəərk deyib ki, bu qurum hesabat dövründə 72500 inzibati aktı yoxlayıb və 203 aktın dəyişdirilməsi barədə qərar verib.

"Bu çox normal göstəricidir. Bundan əlavə 103 bələdiyyə  sədri  inzibati məsuliyyətə cəlb olunub. Bunlaırn bir qismi  məhkəmlərə cəlb olunub. Bu bir daha bələdiyyələrə nəzarət edən qurumun bələdiyyələrin fəaliyyətinə necə ciddi münasibət göstəridiyini göstərir. Nəzarət qurumu bələdiyyələrin fəaliyyətinə dəstək verməklə yanaşı, bələdiyyələrdə işinin öhdəsindən gələ bilməyənlərə qarşı barışmaz mövqe sərgiləyir. Bu   təqdir olunası haldır. İşinin öhdəsindən gələ bilməyənlər cəzalandırılmalıdır və bu çox normal haldır”,- Ç. Qənizadə deyib.

O, əlavə edib ki, bələdiyyələrin  fəaliyyətini canlandırmaq üçün gənclərini bu prosesə cəlb olunmasına çalışmaq lazımdır. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər