Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı - FOTO

965
Bərdə rayonunda su arxından meyit tapılıb.

BakuPost-un "Report"a istinadən məlumatına görə, bu barədə yerli sakinlər hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Meyitin Bərdə rayon sakini, 1994-cü təvəllüdlü Elvin Mehman oğlu İmanlıya məxsus olduğu müəyyənləşib. Üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər