Ru
11:25 / 15 Yanvar 2018

- 6 yaşlı uşaq diri-diri yandı Bərdədə ev külə döndü

1413
Bərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb.


FHN-dən "BakuPost"a verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.


Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər