Bərdədə xeyli sayda kəsilmiş atın daxili orqanları tapıldı - FOTO

Bərdə rayonunda xeyli sayda kəsilmiş atın daxili orqanları və sümükləri aşkar edilib.

BakuPost.az "Report"a istinadən xəbər verir ki, heyvanlara məxsus hissələri rayonun Mirzəxan kəndindən keçən Qarabağ su kanalında yerli sakinlər tapıblar.
Kənd sakinlərinin sözlərinə görə, naməlum şəxslər tərəfindən mütəmadi olaraq kəsilmiş atların daxili orqan və sümükləri doldurulmuş kisələr kanalın kənarına atılır. Bu da kanalın suyundan istifadə edən əhalinin və heyvanların müxtəlif xəstəliklərə yoluxma ehtimalını artırır. 

Yerli sakinlər bu barədə hələlik heç bir quruma məlumat vermədiklərini bildirirlər. 

Bərdə Rayon Baytarlıq İdarəsindən "Report"un yerli bürosuna vəziyyətdən xəbərsiz olduqları bildirilib, tərəflərindən əraziyə baxış keçiriləcəyi qeyd edilib.



Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər