Ru
13:20 / 14 Dekabr 2017

Beyləqanda top mərmisi tapıldı

2087
 Beyləqan rayonunda top mərmisi tapılıb.


Bu barədə BakuPost.az-a Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.


Bildirilib ki, dekabrın 13-də axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Beyləqan şəhəri, Birinci Şahsevən kəndi ərazində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.


Havanın qaranlıq olması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dekabrın 14-də həmin əraziyə göndərilib.


Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalının kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Aşkar olunan top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

BakuPost
Beyləqanda top mərmisi tapıldı
Beyləqanda top mərmisi tapıldı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər