Ru
18:29 / 17 Noyabr 2017

Binanın istilik avadanlıqları oğurlandı - Bakıda qəribə olay

1599
Bakının Nəsimi rayonunda bütöv bir binanın istilik sistemi avadanlıqları oğurlanıb, bina sakinləri istiliksiz qalıb. Nəsimi rayonu Asim Məhərrəmov küçəsi bina 24-ün sakinlərinin Lent.az-a verdiyi məlumata görə, binaya təhkim olunan istilik üzrə məsul şəxslər buna görə əhaliyə istiliyin verilməyəcəyini bildirib.

 

Bildirilib ki, 4 girişli binanın bütün girişlərində istilik sistemi "vintel”ləri və digər avadanlıqları oğurlandığı üçün müvəqqəti olaraq istilik olmayacaq. Bina sakinlərinə bildirilib ki, oğurlanan avadanlıqları özləri almalıdırlar. Hazırda 48 mənzildən ibarət binada evlər istiliksiz qalıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər