Ru
15:27 / 18 Oktyabr 2017

“Bir-birimizi daha yaxından tanımalıyıq” - Qənirə Paşayeva

962
Millət vəkili Qənirə Paşayeva Türkiyədə Vuslat Platformunun təşkilatçılığı, Üsküdar bələdiyyəsinin dəstəyi ilə keçirilən çox sayda tanınmış dövlət adamı, aydın və elm adamlarının qatıldığı və 3 gün davam edən simpoziumda geniş məruzə ilə çıxış edib. 


BakuPost.az xəbər verir ki, "ortaq tariximizi, mədəniyyətimizi uşaqlarımıza çox kiçik yaşlardan öyrətməliyik” deyən millət vəkili bildirib ki, bütün Türk dövlət və toplumlarında orta məktəblərdən başlayaraq universitetlərdə ortaq Türk tarixinin oxudulmasına böyük ehtiyac var. Deputat Türk dövlət və toplumları, onların aydınlarını bu məsələyə daha böyük diqqət yetirməyə çağırıb.  


Bizim birliyimizə, onun güclənməsinə çox böyük ehtiyac var. Ortaq tariximizin, mədəniyyətimizin gənclərimizə daha geniş öyrədilməsi istiqamətində çalışmaları daha da artırmaq lazımdır. Bu istiqamətdə uşaq ədəbiyyatının genişlənməsinə, lazımsız mövzular deyil, məhz bu mövzular ətrafında proqramların, filmlərin və teleserialların artmasına ehtiyac var”. 


Deputat gənclərin milli duyğu və düşüncə içində savadlı böyüməsində ailənin rolu ilə yanaşı cəmiyyətin üzərinə düşən öhdəliklərlə də bağlı geniş məruzə edib. Q.Paşayeva Türk dünyası siyasətçilərinə, aydınlarına, alimlərinə,  QHT və KİV-lərinə səslənərək topluma örnək olaraq bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib: "Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq". 

 



Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva "güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik” deyib: "Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar".


Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. 


“Bir-birimizi daha yaxından tanımalıyıq” -  Qənirə Paşayeva
“Bir-birimizi daha yaxından tanımalıyıq” -  Qənirə Paşayeva
“Bir-birimizi daha yaxından tanımalıyıq” -  Qənirə Paşayeva
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər