Ru
22:00 / 19 Yanvar 2018

Bölgələrdə ev quşları kütləvi şəkildə tələf olur - Aidiyyəti qurumlara şikayət edildi/ VİDEO

5206
Son bir həftədə rayonlarda ev quşları kütləvi şəkildə tələf olmağa başlayıb.


"BakuPost" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, baytarlar bunu havaların qeyri-sabit keçməsi ilə əlaqələndirsələr də sakinlər bundan narahatdır. Ev quşlarının ölüm halları İsmayıllı və Kürdəmirdə daha çox müşahidə olunub.


Belə ki, İsmayıllının Kürdmaşı kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb. Son bir neçə gündə 120-yə yaxın ev quşu tələf olub.


Kənd sakinlərinin sözlərinə görə, quşların qırılması bir neçə gün davam edib. Buna görə də tələfatın qarşısını almaq məqsədi ilə digər ölmüş quşlar basdırılıb. Buna baxmayaraq ev quşlarının ölməsi davam edir.


Tələf olmuş heyvanlardan analiz və yoxlama üçün nümunələr götürülərək rayon baytarlıq idarəsinə göndərilib.

Kürdəmir rayonunun Sor-sor kəndində də bənzər hadisə olub. Sakinlər təsərrüfatlarında ev quşlarının kütləvi tələf olmasından narahatdırlar. Onların sözlərinə görə, son bir həftə ərzində təlafat kütləvi hal alıb.


Xəstəlik ev quşları arasında toyuqlarla yanaşı qaz, hindquşuna da yoluxur. Sakinlər məsələ ilə bağlı rayon baytarlıq idarəsinə müraciət ediblər.


Bildirilir ki, bu günə qədər 500 başdan çox ev quşu tələf olub.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər