Bodrumda gecə klubunda atışma - Müğənni öldü

940
Türkiyənin Bodrum şəhərindəki "Medusa” gecə klubunda atışma olub.

BakuPost Türkiyə mətbuatına istinadən xəbər verir ki, dörd şəxs kluba daxil olaraq atəş açmağa başlayıb. İnsident nəticəsində obyektin sahibi Mehmet Sürensey və müğənni Həcər Tülü ölüb, dörd nəfər yaralanıb.  

Yaralananların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Məlumata görə, hadisə yerindən uzaqlaşan cinayətkarlar bir müddət sonra yol polisi tərəfindən Manisa şəhərində saxlanılıblar.  

İnsidentin səbəbləri müəyyənləşdirilir.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər