Bu avtobuslardan adam iyrənir... - BNA sorğulara cavab vermir

Bakıdakı bəzi avtobusların oturacaqları bərbad durumdadır.

Bu haqda Milli.az-a Bakı şəhər, Binəqədi rayon sakini Asif Əhmədov məlumat verib. Sayta müraciət edən sakin paytaxtdakı sərnişin nəqliyyatında istifadə edilən avtobuslardakı antisanitariyadan şikayətlənib. Onun sözlərinə görə, həmin avtobuslar guya Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzarətindən keçsə də, adam oturacaqlardan iyrənir:

"BNA-nın yoxlamasından keçən bir sıra marşrut avtobuslarına guya onların dezinfeksiya olunduğu, avtobuslarda video müşahidə aparıldığına dair stikerlər vurulub. Halbuki, orada nə hər hansı dezinfeksiyadan, nə də kameradan danışmaq olmaz. Həmin stikerlərin vurulduğu elə avtobuslar var ki, adam iyrəndiyindən heç oturacağa oturmaq belə istərmir. Belə olduğu təqdirdə o stikerlər nə üçün və hansı əsasla vurulur? Niyə həmin avtobuslar dezinfeksiya olunmur? Niyə oturacaqların örtükləri vaxtında dəyişdirilmir? Niyə buna lazımi nəzarət edilib tədbir görülmür?!"

Məsələ ilə bağlı sayt bir aydan çox müddətdə BNA-nın mövqeyini öyrənməyə çalışıb. Lakin bununla bağlı sorğunun sentyabrın 5-də verilməsinə və daha sonra bu barədə bir neçə dəfə təkrar xatırlatmalara baxmayaraq, sözügedən qurumun İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən hər hansı cavab almaq mümkün olmayıb.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

17 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər